Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) daxil olan müraciətlərlə yanaşı, mətbuatda yer alan məlumatlar əsasında da uşaq hüquqlarının pozuntusu ilə bağlı araşdırmalar aparır.
Yenicag.az xəbər verir ki, bu barədə Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.
Bildirilib ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.
Müvəkkil uşaqların kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə əldə etdikləri zərərli məlumatın onların psixoloji inkişafına vurduğu zərərin, KİV-də uşaqların hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə media sahəsində mövcud olan qanunlara əlavə və dəyişikliklərin edilməsini təklif edib.
Sənəddə qeyd olunub ki, qanunla ziddiyyətdə olan uşaqların hüquq və maraqlarının müdafiəsi məqsədilə “Yuvenal ədliyyə haqqında” qanunun qəbul edilməsi surətləndirilməlidir.
www.yenicag.az