!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onkoloqdan QORXUNC PROQNOZ: “Xərçəngin bu növü artacaq” – VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

“Yaxın illərdə Azərbaycanda xərçəng xəstəliyinin artım dinamikası gözlənilir”.

Səhiyyə Nazirliyi Azərbaycanda onkoloji xəstələrin statistikasını açıqlayıb. Statistikaya görə, 2017-ci ildə ölkəmizdə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Bununla yanaşı, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə olduğu bildirilib.

Yenicag.az-a müsahibə verən Tibb elmləri doktoru, onkoloq alim Adil Qeybulla bu rəqəmin getdikcə artacağını proqnozlaşdırıb.

A.Qeybulla Azərbaycanda kişilər və qadınlar arasında xərçəngin ən çox yayılan növünü də açıqlayıb.

O, həmçinin, bu xəstəlikdən xilas olmaq üçün insanlara xəbərdarlıq edib:

“İnsanlar özlərini qorumalıdır. Siqaret çəkməməli, çoxlu alkoqol qəbul etməməli, fiziki aktivliyi artırımalı, konservləşdirilmiş qidalardan, stressdən uzaq durmalı, açıq havada daha çox gəzməli, sağlam həyat tərzi keçirməlidirlər”.

Bu xəstəliyi yaradan əsas faktorlar hansıdır? Dua, psixoloji güc bu xəstəliyi sağaldırmı? Hansı insanlar daha çox risk qrupuna daxildir? Genetik foktor mütləqdirmi?

Daha ətraflı videomüsahibəni təqdim edirik:

Cəvahir

COP29

www.yenicag.az

2121
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv