“Onlar sizə hökm etməsin, sizlər hökm edin”

media-hightechnic-468x90

dddddddddd23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Baş nazir Ərdoğan kürsüsünü 9 yaşındakı Göker İnana rəmzi olaraq təhvil verib.

Baş nazir Ərdoğan daha sonra öz çıxışında uşaqlara öz məsləhətlərini çatdırıb:

“Lazım olduğunda palçığın içində, çəmənlikdə fırlanın, kompüterin qarşısında saatlarınızı itirməyin. Mən də o günlərimə dönmək istəyirəm, amma mümkün deyil.

Sizlər bu güclü millətin nəvələrisiniz. Bir-birinizlə yaxşı rəftar edin. Məktəbdə yoldaşlarınızla həmrəy olun. Bir tövsiyəmi vurğulamaq istəyirəm. Sizlər əsla kompüterlərin, internetin əsiri olmayın, onlar sizin əsiriniz olsun. Onlar sizə hökm etməsin, sizlər hökm edin.

İndidən doyunca oynayın. Ailənizlə, müəllimlərinizlə birgə neçə-neçə bayramlar diləyirəm. Hamınızı sevgiylə qucaqlayıram”(axar.az).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa