“Onları girov saxlamağın heç bir məntiqi yoxdur”
“Girovların qaytarılması məsələsi ən yüksək səviyyədə Ermənistanın prezidenti Serj Sarkisyanın qarşısında qoyulub”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi həmsədrlərlə, eləcə də Avropa İttifaqı ilə keçirilən bütün müzakirələrdə qaldırılıb: “Onları girov saxlamağın heç bir məntiqi yoxdur”.
***
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda səfərdədir.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, həmsədrlərin regiona növbəti səfəri başlayıb: “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların nəticəsi yoxdur. Bu gün saat 17:00-da həmsədrlərlə görüşəcəyik. Ondan sonra açıqlama verə biləcəyik ki, onlar hansı təklif və fikirlərlə regiona gəliblər”.
Sabah həmsədrlər Ermənistan səfər edəcəklər. Onların işğal altındakı Dağlıq Qarabağa da gedəcəyi gözlənilir.