Reklam

Reklam

Aşıq Samirə şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən sənətçi gizlin sevgi yaşadığını etiraf etsə də, üçüncü dəfə ailə qurmaq fikrində olmadığını deyib:

“Hər bir qadın xoşbəxt olmağı düşünür və istəyir ki, yanında kimsə olsun. Mən də üçüncü dəfə ailə qurmağa pis baxmıram. Lakin övladlarıma görə o arzuya, o niyyətə xətt çəkmişəm. Nə gizlədim, qınaqdan qorxuram. Hərçənd, əvvəllər belə şeylərdən daha çox qorxurdum. Çünki ailə qurdum söz etdilər, boşandım söz etdilər, uşağım oldu söz etdilər. Bilmirsən necə yaşayasan ki, insanlar sənin həyatına müdaxilə etməsinlər, qanını qaraltmasınlar”.

Samirə gizlin sevgisindən də danışıb:

“Fərq etməz kişi, ya qadın… insan sevməsə yaşaya bilməz. Sevgisiz düşmənimiz olsun. Mən də sevirəm. Sevgi o vaxt gözəldir ki, onu gizlin yaşayırsan. Mahnıda deyildiyi kimi, mən səni sevmişəm, səndən xəbərsiz. Bəzən kimisə düşünmək belə səni xoşbəxt edir. Amma yox, onun da mənim sevgimdən xəbəri var”.
Qeyd edək ki, aşıq Samirə iki dəfə ailəli olub. İki övlad anasıdır”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4394
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.