!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Onu görən kimi vuruldum” - Cavid Gül evlənir? - FOTOLAR

!Reklam – Yazi

Cavid Gül subaylığın daşını atmaq fikrindədir.

Yenicag.az-a açıqlama verən aparıcı şəxsi həyatından danışıb.

“Sevdiyim qız var, bunu gizlətmirəm də. O qızı görən kimi vuruldum. Amma evlilik ciddi və məsuliyyətli addımdır. Çox düşünüb götür-qoy etmək lazımdır. Bu sabah da ola bilər, bir il sonra da. Ya da heç olmaya bilər. Evlənib, bir ay, bir ildən sonra boşanmaq istəmirəm. Buna görə də tələsik addım atmıram”.

Aparıcı qadında üstünlük verdiyi cəhətlərin sevdiyi qızda cəm olduğunu da deyib:

“Qadında daxili və zahiri təmizliyə üstünük verirəm, bəyinə qarşı diqqətli olmalıdır. Bu xüsusiyyətlər o qızda var. Gözəllik xəstəsi deyiləm. Çünki gözəllik daimi deyil, bir müddətdən sonra bitəcək”.

Cavidin qısqanclığa münasibətini də öyrəndik, cavabı belə oldu:

“Qıraq-bucağa qısqanclığım yoxdur. Qısqanclıq xanımla münasibətimdə olur. Seçdiyim qadına da inanıram, amma bəzən qısqanıram. Bu da təbiidir, hesab ediərm ki, qısqanclıq sevgidən yaranan hissdir”.

Cəvahir

COP29

www.yenicag.az

9934
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv