“Onu oğluma almaram” deyən Xatirəyə Sevincdən CAVAB
“Biz vulqar şəkildə və açıq-saçıq geyinmirik ki, kimsə qapımızı döyməsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Afaqla 10lar” verilişində əkiz bacılardan biri olan müğənni Sevinc Səfərova deyib.
O, Xatirə İslamın “Sevinc və Sevil bacılarını oğluma almaram, çünki açıq-saçıq geyinirlər” açıqlamasına cavab verib:
“Bir insan mənim xasiyyətimə bələd olub qapımı döyməlidir, hər şeyi geyimimlə ölçməməlidir. Biz vulqar şəkildə və açıq-saçıq geyinmirik ki, kimsə qapımızı döyməsin. Uzaqbaşı, qısa don geyinə bilərik. Hətta musiqiçi dostlarımız bizə deyir ki, siz qısa geyinəndə də vulqar görünmürsünüz. Bizim də özümüzə görə “olmazlarımız” var”.
Nehru