!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Onun üçün çox darıxıram, kaş ki... ” - Zümrüd

!Reklam – Yazi

“Bir insan gün ərzində yüz kərə, min kərə xatırlanırsa, demək ki, o yaşayır…”

Bunu ustadı-görkəmli rejissor, Azərbaycan teatrının inkişafında əvəzolunmaz xidmətləri olan Vaqif İbrahimoğlunun doğum günü ilə bağlı xatirələrini bölüşərkən aktrisa Zümrüd Qasımova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa V.İbrahimoğlusuz Azərbaycan teatrının geri qaldığını da kövrələrək bildirib:

“Ustadım yaşasaydı bu gün 73 yaşı tamam olacaqdı. Vaqif İbrahimoğlusuz Azərbaycan teatrı hələ 20 il geri qaldı. Hər zaman novator fikirli, irəlini görən bir rejissor idi. Allah ustadıma rəhmət eləsin, teatrımızda hər zaman onun yeri görünür. Bu gün onun ənənələrinə sadiq qalaraq teatrımızı yaşadıb və inkişaf etdiririk. Vaqif müəllim sağ olsadı, teatrımız hələ 20 il də öndə olardı. Ustadım üçün çox darıxıram. Nə qədər onun yaratdığı Yuğ Teatrı yaşayır, onun dəsti-xətti davam edəcək.

Ölüm son demək deyil. Bir insan gün ərzində yüz kərə, min kərə xatırlanırsa, demək ki, o yaşayır. İnsan xatirələrində ölürsə, demək ki, yaşamır. Vaqif İbrahimoğlu həmişə yadımızdadır, hər dəfə onu xatırlayanda o da bizimlə bərabər yaşayır. Mənim üçün yalnız müəllim deyildi, həm də ata, dost, tərəf müqabili, sənət müəllimi idi. Qazandığım hər bir uğurun arxasında Vaqif İbrahimoğlu dayanır. Bu gün onun yoxluğu məni çox incidir. Hər çətin və xoş anlarımda ona ehtiyac duyuram. Ürəyimdə deyirəm, kaş ki, sağ olaydı, yanımda olaydı, onunla dərdləşəydim, uğurlarımı bölüşəydim, məsləhətlər alaydım”.

Cəvahir

www.yenicag.az

465
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv