Öpüşməyin danılmaz 4 faydası – Alimlər araşdırdı

media-hightechnic-468x90

Öpüşmək adətən sevinc gətirir. Amma məlumdur ki, bu proses həm də sağlamlıq və yaşam üçün böyük üstünlüklərə malikdir.

media-banner_tuq

Yenicag.az bildirir ki, “Journal of Neural Engineering” jurnalında dərc edilmiş məqalədə Kaliforniya Universitetinin alimləri bu məsələyə aydınlıq gətiriblər.

Öpüşmək metabolizmi sürətləndirir – Düzdür, öpüşmək bu baxımdan 5 kilometrə qaçış qədər effektli deyil, lakin dəqiqəyə 2 kalori yandırır.

İmmuniteti yaxşılaşdırır – Öpüşən zaman insanlar milyonlarla bakteriya mübadiləsi edirlər. Və müxtəlif bakteriyalarla mübadilə edərkən orqanizm onlarla mübarizəyə uyğunlaşır, immunitet güclənir.

Bu, bir elmdir – Filematoloqiya – öpüşməyi elm olaraq belə adlandırırlar. O, öpüşməyin texnikaları və onların psixoloji xüsusiyyətlərini araşdırır.

Xoşbəxtlik istehsalçıları – Tədqiqatlara əsasən, öpüşən zaman dofamin, oksitosin və serotonin daxil olmaqla bir sıra faydalı maddə istehsal edilir. Onların funksiyası beyində həzz mərkəzlərini stimullaşdırmaq və insanın əhval-ruhiyyəsini yaxşılaşdırmaqdır.

Zaur H.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05