Məşhurların “yeni ay öpüşü” sosial medianı böldü - VİDEO
Türkiyənin pop ulduzlarından oıan Edis ilə məşhur aktrisa Berrak Tüzünataçın yaxtada görüntülənən öpüşmə səhnəsi sosial mediada böyük əks-səda doğurub.
Yenicag.az xəbər verir ki, Edisin Tüzünataça verdiyi “yeni ay öpüşü” qısa zamanda gündəmə çevrildi və istifadəçilərin rəyləri iki yerə bölünüb.
Bəziləri bu görüntüləri səmimi bir dostluq əlaməti kimi qiymətləndirsə də, digərləri onların aralarındakı əlaqənin fərqli bir mərhələyə keçdiyini irəli sürüblər.