Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Oqtay Gülalıyev kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir” - VİDEO

Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətindəki müsbət dinamika davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

“Facebook” hesabından video paylaşan T.Gülalıyev bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb:

“Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəlləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir”.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.

Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir. (qaynarinfo)

Loading...

www.yenicag.az

591
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100