!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Gülalıyevı Türkiyəyə aparan təyyarə yola düşdü - FOTOLAR/VİDEO

!Reklam – Yazi

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

Yenicag.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Oqtayın Türkiyəyə aparılması təşkil olunub və onun müalicəsi İstanbulda davam etdiriləcək.

Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb. Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula aparılacaq.

Müayinəsi üçün Türkiyədən dəvət olunan həkim Kadir Doğruer bildirib ki, O. Güləliyev komadadır və vəziyyəti kritikdir.

***

Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında olan əməkdaşlarımızın məlumatına görə, Oqtay Gülalıyevi Türkiyəyə aparacaq xüsusi ambulans təyyarə hazır vəziyyətdədir və yaxın dəqiqələrdə yola düşəcək.

***

Oqtay Güləliyev hazırda AZAL-ın xüsusi ambulans təyyarəsinə qaldırılıb, onun səhhəti ilə bağlı təyyarənin içində xüsusi tibbi avadanlıqlar quraşdırılıb. Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edəcək və vəziyyəti nəzarət altında saxlanılacaq. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanılmasına razılıq veriblər. Həkimlərin icazəsindən sonra saat 10:40-da təyyarə İstanbula yola düşüb./Qafqazinfo/

www.yenicag.az

1615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv