Azərbaycan və Türkiyənin səhiyyə nazirləri – Oqtay Şirəliyevlə Fəxrəddin Qoca telefon söhbətində koronavirus təhlükəsini müzakirə ediblər.
Yenicag.az nazirlərin xəyali telefon danışığının mətnini təqdim edir.
– Alo, mərhabalar, sayın bakan Oqtay bəy.
– Alo, əleyküm salam Qoca məllim.
– Nasılsınız, əfəndim?
– Sağoluz, yaxşı olasuz, vsyo ok, sizdə nə var, nə yox?
– Sağlığınıza duacıyız, əfəndim. Sizi koronavirus üçün rahatsız ediyorum.
– Mənə nə olub ki, dua-zad da edirsüz?
– Hayır, yalnış anladınız. Koronavirus, efendim, koronavirus. Hani şu dünyada yayılan var ya, virus. Ondan bahs ediyorum.
– Süz nə danışırsuz? Kakoy virus? Hansı dünyada? Bizim dünyada virus-zad yoxdur!
– Görünən o ki, yine formunuzdasınız.
– Çert poberi, mən hər zaman forumumdayam.
– Koronavirus da qapıya dayandı.
– Hansı qapı, çto za qapı? Mənim qapıma gələ bilməz, hər gün araqladıram qapının ağzını.
– Yok ya, İranı söylüyorum. İranda koronavirusa yoluxanlar var.
– Onda kakogo çerta mənə nə zəng eləmisən? İrana zəng elə də… Tebe delat neçego?
– Əfəndim, virus orada can almış. Sizə də, bizə də bulaşa bilər. Ona görə sizi aradım.
– Xa-xa-xa… Ne smeşi menya…
– Siz şaka zann etdiniz, qaliba.
– Şaka nədi ə, o virus bizim ölkəyə gələ bilməz.
– Nədən gələ bilməzmiş? Aşı mı buldunuz?
– Bax, indi danışırsan na moem yazıke. Aşı elə biz tapmışıq da.
– Öyləmi, əfəndim? Peki nədən açıqlamıyor sunuz? Həmən atlayıb gəlirim Baküyə, bizə də aşı verin.
– Gəl. Sənə qəşəng döşəməli aş qonaqlığı verim. Barmağının beşini də yala. Toje mne…
– Anlamadım, əfəndim. Nə yalaması?
– Lap Yalamada da verərəm, sən gəl, potoropis.
– Oqtay bəy. Anlaşmazlıq yaşandı, qaliba.
– Yox nə anlaşmazlıq. Nə vaxta hazır edim?
– Oqtay bəy, siz iyi misiniz?
– Ala, mən yemişəm, sənlə də yeyəcəm, əl çəkün də bu dönərdən, gəl aş verəcəm ey, sənə.
– Sübhanallah.
– İnşallax.
– Nəyə inşallah, əfəndim.
– Gəlirsən də, onu deyirəm.
– Tamam, Oqtay bəy. Bən o zaman açıqlama veriyorum, Azərbaycan aşıyı buldu deyə.
– Ver, özün də dur gəl bura. Ne zaderjivaysya.
– Ben də diyorum Azərbaycan nədən sınırı kapatmamış deyə.
– Biz qonaqpərvər xalqıq. Qapımız vsem açıqdır.
– İnşallah, koronavirus sizə gəlməz. Ben həmən uçakla gəliyorum.
– Doqovorilis, jdu.
Səxavət Məmməd
www.yenicag.az