!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

General xəbərdarlıq etdi: "Deputatın özü ilə də danışmışam"

!Reklam – Yazi

Bu gün Milli Məclisin iclasında 2-ci oxunuş zamanı müzakirə olunan “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanun layihəsində Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edib.

Yenicag.az xəbər verir ki, müzakirələrə qatılan Müdafiə naziri Zakir Həsənovun müavini general-leytenant Kərim Vəliyev bəzi deputatların sözügedən qanun layihəsi ilə bağlı fikir və təkliflərinə münasibət bildirib.

İlk olaraq deputat Qüdrət Həsənquliyevin ön cəbhədə, xüsusən Tərtərdəki hərbi hissədə baş verən neqativ hallarla bağlı iradlarına cavab verən Kərim Vəliyev bildirib ki, həmin məsələ araşdırılıb və media orqanlarında işıqlandırılıb:

“Yazılan xəbərlərin heç bir real əsası yoxdur. Bu məsələ ilə bağlı deputat Qüdrət Həsənquliyevin özü ilə də danışmışam. Ona bildirdim ki, həmin məsələlərin necə və hansı yolla işıqlandırılması özümə də maraqlıdır”.

General-leytenant deputatların təklif və iradlarına münasibətini bildirərək davam edib ki, orduda müddətdən artıq xidmət edən şəxslərin seçilməsi çox ciddi qaydalar əsasında aparılır və bununla bağlı Daxili İşlər orqanlarının, digər dövlət qurumlarının rəyləri nəzərə alınır:

“Silahlı Qüvvələrə ictimai nəzarət mexanizmi mövcuddur və məsələyə müxtəlif dövlət qurumları tam nəzarət edə bilir.

Həmçinin, media da ordunun fəaliyyətinin, vəziyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Hazırda 50-dən artıq jurnalist akkreditasiyadan keçib. Onlar da istənilən an cəbhə bölgəsində olaraq reportajlar hazırlamaq hüququna malikdirlər.

Azərbaycan ordusu günü-gündən daha da güclənir və ən müasir silah-sursat alınması davam edir. Ordumuz hər an öz vəzifəsini yerinə yetirməyə qadirdir”.

General-leytenant Kərim Vəliyevin çıxışından sonra məsələyə münasibət bildirən spiker Oqtay Əsədov bildirib ki, Tərtərdəki xoşagəlməz vəziyyət parlamentdəki jurnalistlər və digər media işçiləri tərəfindən deyil, Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən şəxslər tərəfindən işıqlandırılıb.

Daha sonra vitse-spiker Ziyafət Əsgərov çıxış edərək, deputatların fikir və iradlarına öz münasibətini bildirib.

Araz Zeynalov

COP29

www.yenicag.az

3211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv