!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ordu və cəmiyyət arasında əlaqələri təkmilləşdirmək lazımdır” - AÇIQLAMA

!Reklam – Yazi

“Ümumiyyətlə, bildirmək istəyirəm ki, bu tipli məsələlərin qarşısını almaq üçün Müdafiə Nazirliyinin üzərinə böyük yük düşür”.

Yenicag.az xəbər verir ki, bunu HİT.Az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli söyləyib. O bildirib ki, Ermənistan Azərbaycana qarşı təkcə ərazilərinin işğalı ilə deyil, həm də qaynar informasiya müharibəsi aparır:

“Azərbaycan uzun illərdir bu müharibənin fəasadlarını təmizləməklə məşğuldur. Birinci Qarabağ müharibəsində də Azərbaycan ordusu ilə bağlı həddindən artıq əsassız fikirlər səsləndirilirdi. İnsanların orduya qarşı etibarını öldürməyə çalışırdılar. Bu kampaniyalar həm orduda ruh düşkünlüyü yaradır, həm də insanlar arasında orduya inamı azaldırdı. Hazırda da bu proses davam edir. Düşmən tərəfindən ordumuzun rəhbərliyində təmsil olunan şəxslərə qarşı inamsızlıq formalaşdırılmağa çalışılır. Bununla da ordunun daxilində həmin şəxslərə qarşı mənfi ab-hava yaradılır. Hesab edirəm ki, bu kampaniyaların qarşısını almağın yeganə yolu ordu və cəmiyyət arasında daha sıx əlaqələri təşkil etməkdir. İndi pandemiya dövrüdür, ordumuz qapalı rejimə keçib. Bu baxımdan konkret addım atmaq mümkün deyil. Amma ümumiyyətlə, bildirmək istəyirəm ki, bu tipli məsələlərin qarşısını almaq üçün Müdafiə Nazirliyinin üzərinə böyük yük düşür. Onların aidiyyatı qurumları daim vətəndaşlarla işləməli, onların orduya olan inamını artırmaq üçün işlər görülməlidir. Məsələn, kütləvi-mədəni tədbirlərin, sənədli filmələrin çəkilməsi, hərbiçilərimiz haqqında maraqlı materialların hazırlanmasından istifadə etməklə bu məsələni yoluna qoymaq olar. Televiziya və internet  resurslarından istifadə edərək bu materiallar ictimaiyyətə təqdim olunmalıdır. Yəni düşmən düşmənliyində qalacaq, Azərbaycan ordusunu xalqın gözündən salmağa çalışacaq, insanlara yalan informasiya ötürəcəklər. Bunun qarşısını almaq üçün bu tipli təbliğat vasitələrindən istifadə etmək lazımdır. Sözsüz ki, ərazilərimiz işğaldan azad edilməlidir. Bu zaman ordu və xalq birliyi vəhdət halını alacaq”.

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv