Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Ordumuz döyüş atışları icra etdi - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, eyni zamanda səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplantı təşkil olunub.

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.

www.yenicag.az

333
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM