Ordumuzun əsgəri əməliyyat masasında marş oxudu-Video

media-hightechnic-468x90

70346Ermənilərin gülləsinə tuş gələn Azərbaycan ordusunun əsgəri əməliyyat masasında da mərdlik nümayiş etdirib.

Təcili əməliyyat masasına qaldırılan Azərbaycan Ordusunun yaralı əsgərinin marş oxuduğunu əks etdirən videogörüntülər yayılıb.

Görüntülərdə üzərində cərrahiyə əməliyyatı aparılan əsgər dayanmadan Azərbaycanın hərbi marşını oxuyur.

Cəbhə bölgəsində Vətəninin keşiyinə duran və düşmən hücumu nəticəsində ayağından yaralanan əsgər “Vətənin yolunda lazım gələrsə candan keçərik. Qarabağ da bizimdir, İrəvanda, Naxçıvan da bizimdir” kəlmələrini dayanmadan təkrarlayıb. Əsgərin bu hərəkəti həkimləri də təccübləndirsə də, onlar işlərinə davam ediblər.

Adı bilinməyən əsgər Sarkisyana da söz atmağa məqam tapıb. Videoda göründüyü kimi o, Ermənistan prezidentinə sözlərini çatdırıb: “Sarkisyan, az qalıb vaxtına”.

Vətənpərvər və döyüşkən ruhlu Azərbaycan əsgərinin bu görüntüləri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də
itki verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600