!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ordunu zəiflətmək istəyənlər vətən xainləridir”

!Reklam – Yazi
“Birinci Qarabağ müharibəsində olan xainlər yenə də eyni siyasət yürüdürlər”
Yenicag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan zabit Şahin Əliyev deyib.
O bildirib ki, o vaxtlar ordu barəsində nə gəldi yazan, Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək istəyən qüvvələr var idi. Ehtiyatda olan zabitin sözlərinə görə, onlar yenə də fəallaşıb:
“Bir həqiqəti bilmək lazımdır ki, Ordu bizim dayağımızdır və qürurumuzdur. Hazırda Ordunu sındırıb, ləkələmək istəyirlər. Həmişə Azərbaycan Ordusu öz gücünü göstərəndən sonra Azərbaycanı istəməyən qüvvələr ona qarşı qarayaxma kampaniyası aparmağa başlayır. Xatırlayıram, 1994-cü illərdə strateji mövqelər tutulandan sonra Orduya qarşı ləkələnmə kampaniyası başlandı. Bunu eləcə də Aprel döyüşlərindən sonra da gördük. Bu o deməkdir ki, bizim düşmənlərimiz bu ləkələnmə kampaniyasında iştirak edirlər. Onların əli ilə bu proseslər baş verir. Bizə qarşı informasiya müharibəsi aparırlar və əlindən gələni edirlər ki, bizim ordunu zəiflətdirsinlər. Ona görə də ağılsız insanlar onlara dəstək verirlər və nəticədə düşmənə kömək edirlər”.
Ş. Əliyevin fikrincə, dünya ölkələrinin böyük bir hissəsində Ordu haqqında ümumiyyətlə danışmırlar və bu, qadağandır:
“Çünki ordu müqəddəsdir və ordu dayaqdır. Ordunun mövqeyini saxlamaq lazımdır, imkan vermək olmaz ki, kimsə mənfi rəy bildirsin. Bizim Ordumuz indiyə kimi inkişafda olub və daim inkişaf edir. Ordumuz heç bir döyüşdə yenilmədi, uğursuz qayıtmadı. Bütün döyüşlərdə Ordumuz həmişə zəfər çalıb. Buna görə də düşmən qorxur, bu bir siqnaldır ki, düşmən əlindən gələni edir ki, Ordu rəhbərliyini ləkələsinlər. Onların məqsədi odur ki, Ordu rəhbərliyi dəyişsin və yerinə hazırkı güclü rəhbərlik deyil, təcrübəsiz rəhbərlər gəlsin. Əlbəttə, Ordunun daxilində bəzi şəxslər vəzifədə olmaq üçün əlindən gələni edir. Onların əsas məqsədi ordunu gücləndirmək deyil, öz şəxsi mənafelərinə xidmətdir. Nümunə göstərim, 1992-1993-cü ilin hadisələrində hakimiyyət bir-birini vəzifə üstündə qıranda Qarabağda döyüşlər gedirdi, şəhidlər olurdu. Amma onu heç kəs fikirləşmirdi, hakimiyyət davası gedirdi. Onlar üçün torpaq heç bir əhəmiyyət daşımırdı, əsas vəzifə lazım idi onlara. Elə indi də həmin hadisələri təkrarlanmaq istəyirlər. Başqa heç nədən söhbət gedə bilməz. Bunları ancaq vətən xaini adlandırmaq olar. Ləkələmək istədikləri insanı görəndə hamısı baş əyir, yaltaqlıq edirlər. Amma dalınca öz çirkin əməllərini davam elətdirirlər. Bu satqınların əlamətidir! Bu cür insanlara da saxta müxalifətçi şəxslər köməklik edirlər. Onlar başqalarının əlində oyuncaq kimi oynadılır və şəxsi məqsədlərinə çatmaqları üçün pul müqabilində iş gördürürlər”.
COP29

www.yenicag.az

901
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv