14:22
“Öz fikirlərini bildirdiklərinə görə insanların həbs olunması yolverilməzdir”.
Bu sözləri Yenicag.az-a Özbəkistan prezidentinin blogerləri qəbul edərkən onu tənqid etməyin sərbəst olmasını və Qazaxıstan prezidentinin isə “insanların etiraz etmək hüququ təmin edilməlidir” deməsini şərh edən VHP sədri Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bildirib ki, türk dövlətləri tarixən hər zaman tənqidə açıq olublar:
“Antik dövrlərdən başlayaraq, türk dövlətləri tənqidə açıq olublar. İstəyir xaqan olsun, istəyir sultan, əmri onlar versələr də, qazılar qanundan kənara çıxmayıblar.
Molla Nəsrəddin lətifələrinə nəzər salaq. Əmir Teymurdan başlamış, hansı hökmdarla qarşılaşıbsa, onlara öz sözünü deyib.
Türklərdə törə hər şeydən öndə gəlib. XIX əsrdən sonra kapitalizim quruluşu yarandı, Azərbaycanda, Türkiyədə demokratik dövlətlər quruldu. Sonra Azərbaycan Sovetlər tərəfindən işğal edildi və kommunist diktaturası formalaşdı. Təəssüf ki, sonrakı dönəmlərdə o ənənələr unuduldu, yaddan çıxdı.
İndi də türk dövlətləri var, onların hər biri dünyanın böyük gücləri ilə əməkdaşlıq etmək istəyir. Türk dövlətlərinin dünyada mənfi imicini yaratmaq olmaz. Açıq danışmaq lazımdır, tənqid etmək, sosial mediada fikir bildirmək olar, ancaq türk respublikalarında haqqı deyənlər həbs olunur.
Buna görə də, türk dövlətləri haqqında mənfi rəylər formalaşır. Türk dünyası dini cəhalətindən qopub sivil dünyaya yaxınlaşmalıdır”.
Səxavət Məmməd
www.yenicag.az