!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oruclu adamın başı ağrıyarsa….

!Reklam – Yazi

Ramazan ayında qidalanma rejiminin dəyişməsi, yuxusuzluq, uzun müddət ac və susuz qalmaq baş ağrılarına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə baş ağrılarından xilas olmağın yolları aşağıdakılardır:

“Ramazanda uzun müddət ac və susuz qalmaq qan təzyiqi ilə yanaşı qanda şəkərin də faizini aşağı salır və baş ağrıları da bu səbəbdən yaranır. Miqren xəstəliyindən əziyyət çəkən insanlarda bu ağrılar daha da şiddətlənir”.

Həkimlərin sözlərinə görə, Ramazanda həddindən artıq yağlı və duzlu qidalardan uzaq durmaq lazımdır.

Ramazanda insanlar imsaka durduğu üçün ənənəvi yuxu rejimi pozulur. Yuxusuzluğun yaratdığı stress də baş ağrılarına səbəb olur. Bu müddətdə xüsusilə yuxunu qaçıracaq kofein tərkibli maye və qidalardan uzaq durmaq lazımdır. Yuxudan əvvəl duş almaq faydalı ola bilər. Baş ağrılarından qorunmaq üçün xəfif və sağlam qidalar yemək faydalıdır. İftar və imsak arası çoxlu su içmək önəmlidir.

Yenicag.az

 

COP29

www.yenicag.az

1073
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv