Orxan Lökbatanlı SÖZ ATDI: “Heç biri qabağa gedə bilmədi”
“Bizim dönəmdə də əzbərçi meyxanaçılar var idi, amma heç biri qabağa gedə bilmədi”.
Yenicag.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı “Qonaqcanlı” verilişində deyib.
Sənətçi “əzbərçi” həmkarlarına söz atıb:
“Allah Kərimə şəfa versin, onun gözəl bir sözü var: deyirdi ki, “meyxana hansısa dərslik deyil ki, əlifba ilə öyrədəsən, meyxana ekspromt olmalıdır”. Bizim dönəmdə də əzbərçi meyxanaçılar var idi, amma heç biri qabağa gedə bilmədi. Meyxanada anında verilən cavab yaxşı olur. Əzbərləyib meyxana deyənlər qabağa gedə bilməzlər. Meyxananın dəftəri, kitabı yoxdur, Allah vergisidir”.
Nehru