!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Overçuk: “Ermənistan və Rusiyanın ticarət dövriyyəsi 10 ayda 10,2 milyard dollara çatıb”

!Reklam – Yazi

“Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi cari ilin ilk on ayında 10,2 milyard dollara çatıb ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən iki dəfə çoxdur”.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Ticarət və iqtisadi əlaqələrimiz dinamik şəkildə inkişaf edir. Ölkələrimiz arasında qarşılıqlı ticarət rekord həddə çatıb. İl hələ başa çatmayıb və mən ilin sonuna qədər göstəricinin daha da artacağını gözləyirəm”, – deyə Overçuk vurğulayıb.

Rusiya Baş nazirinin müavini əlavə edib ki, ticarət-iqtisadi əlaqələrin həyata keçirilməsi demək olar ki, tamamilə milli valyutalarda aparılır. Onun sözlərinə görə, qarşılıqlı hesablamalarda rus rublunun payı 96,3 faizə yüksəlib.

Bundan əlavə, Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsi də ilk on ay ərzində 11 milyard dolları ötüb. Bu haqda Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Hovakimyan məlumat verib.

Hovakimyan qeyd edib ki, Aİİ üzvlüyünün 10 ili ərzində Ermənistandan Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixrac 10 dəfə artıb. Rusiya, həmçinin Ermənistanın əsas investorlarından biri olaraq qalır. Rusiya tərəfindən Ermənistanın sənaye layihələrinə yatırılan investisiyaların ümumi həcmi 3,4 milyard dollara çatıb.

www.yenicag.az

104
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv