Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ovlayanın ova çevrildiyi an - VİDEO-FOTOLAR

Amerikalı fotoqraf Kevin Ebi maraqlı təbiət hadisəsini lentə almaqla bütün dünyanın diqqət mərkəzinə düşüb.

Yenicag.az xəbər verir ki, onun şahidi olduğu bu hadisə ABŞ-ın Vaşinqton ştatında, San Xuan adasında baş verib.

Videodan da göründüyü kimi, balaca bir tülkü təzəcə bir dovşan ovlayıb. Lakin bir azdan o özü Amerikanın simvolu sayılan ağbaş qartalın hücumuna məruz qalır. Qartal onun ovladığı dovşanı ələ keçirmək üçün aşağı şığıyır. Tülkü ovunu əldən verməməyə çalışır. Lakin qartalın onu da aparacağını gördükdən sonra təxminən 7-8 saniyəlik mübarizənin ardından bu fikrindən vaz keçib yerə düşür.

Kevinin çəkdiyi bu video və fotolar qısa müddətdə bütün dünya mətbuatının gündəminə çevrilib.

www.yenicag.az

2175
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS