Oyun zamanı vəfat edən futbolçunun ölüm səbəbi MÜƏYYƏNLƏŞDİ

media-hightechnic-468x90

 

2024-cü il aprelin 14-də meydanda vəfat edən 26 yaşlı italiyalı futbolçu Mattia Gianinin ölüm səbəbi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, ekspertiza Gianinin 2018-ci ildə dünyasını dəyişən “Fiorentina”nın sabiq kapitanı Davide Astori kimi aritmogen kardiyomiyopatiya xəstəliyindən əziyyət çəkdiyini təsdiqləyib.

Florensiya Prokurorluğunun apardığı istintaqa əsasən, Gianinin bu patoloji problemindən daha əvvəl xəbərdar olub-olmadığı və tibbi müdaxilədə səhlənkarlıq olub-olmadığı araşdırılır. Qeyd olunur ki, futbolçu yerə yıxıldıqda ehtiyat skamyasında nə təcili yardım, nə də həkim olub, ambulans isə hadisədən 17 dəqiqə sonra gəlib.

Xatırladaq ki, Giani “Castelfiorentino United” klubunun heyətində çıxış etdiyi matçda yerə yıxılıb və xəstəxanada vəfat edib.
Qeyd edək ki, aritmogen kardiyomiyopatiya ürək əzələsi hüceyrələrinin yerini çapıq və yağ toxumasının alması ilə nəticələnən nadir ölümcül xəstəlikdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600