“… oyunlardan əldə olunan gəlirləri heç kimlə bölməyəcək”

media-hightechnic-468x90

baku2015lockuprgb_colour“Avropa Oyunlarına ayrılan vəsaitin azalması müəyyən proqramların daha qənaət formasında həyata keçirilməsi deməkdir. Böyük vəsait tələb edilən işlər başa çatıb”.

Yenicag.az azadinform-a istinadən  xəbər verir ki, bu sözləri Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ən böyük vəsait tələb edən sahə tikinti, təmir işləri, qurğuların hazırlanmasına, təşkilat komitəsinin fəaliyyətinə sərf edilirdi.
Oyunlarda iştirak edəcək idmançıların xərclərinin Azərbaycan tərəfindən qarşılanmasına da münasibət bildirən vitse-prezident qeyd edib ki, bütün Olimpiya Oyunlarında idmançıların xərci Təşkilat Komitəsi tərəfindən ödənilir: “Bu bütün müqavilələrdə də əks olunub. Azərbaycan da təşkilatçı tərəf kimi bütün xərcləri qarşılayır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bütün marketinq xərcləri Beynəlxalq Olimpiya Komitəsinə məxsusdursa, bizdə istər bilet satışı, istər televiziyalarla bağlı gəlirlər Azərbaycana məxsusdur. Bu da o deməkdir ki, Azərbaycan oyunlardan əldə olunan bütün gəlirləri heç kimlə bölməyəcək. Hesab edirəm ki, sonda hesablayanda Azərbaycan udacaq”.
Ç.Hüseynzadə vurğulayıb ki, Olimpiya stadionu ilə bağlı quraşdırma işləri başa çatıb: “Hazırda stadion ətrafında abadlaşdırma işləri aparılır. Açılış mərasiminə hazırlıq işləri görülür”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600