!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öz atalarını “yandıran” harın nazir övladları fonunda Heydər İlhamoğlu nümunəsi - Bizim şərh

!Reklam – Yazi

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin ötən gün and içərək hərbi xidmətə başlaması media və sosial şəbəkələrin əsas trendinə çevrilib. Bazar günü başlayan bu tendensiya yeni iş həftəsinin ilk günlərində də səngimədi. Prezident övladının əynində hərbi kamufulyaj, əlində silah olan görüntüləri hər kəs tərəfindən təkrar-təkrar paylaşılır.

Bəzi səbəblərə görə bu fakta “hərbi mükəlləfiyyətli istənilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət keçməlidir” prizmasından baxmaq mümkün olsa da, məsələ göründüyü qədər bəsit deyil.

Bəli, hərbi xidmətə yararlı olan hər bir vətəndaş Ordumuzun sıralarında qulluq etməlidir və xüsusi hallar mövcud deyilsə, burada heç bir istisnaya yer yoxdur. Prezidentin övladı da bu ölkənin vətəndaşı olaraq, Vətən qarşısında borcunu verməli, həyat məktəbi sayılan hərbi xidmət keçməlidir.

Ərazisi işğal altında olan Azərbaycanın dövlət başçısının övladı bu mənada nümunə olmalı idi. Odur ki, Heydər Əliyevin ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanması normal, ancaq həm də örnək yaradacaq bir addımdır.

Yuxarıda da vurğulandı ki, sağlamlığı imkan verən kişi cinsinə mənsub hər bir vətəndaş Silahlı Qüvvələrimizdə xidmət keçməlidir. Ancaq Azərbaycan Ordusunun təşəkkül tapdığı ilk dövrlərdən etibarən yaranan stereotip üçüncü onillikdir ki dəyişməz qalıb: “hərbi xidmət kasıb övladları üçündür”. İfadənin bu qədər yayğın olması və oturuşması həmin deyimin heç də əsassız olmadığını təsdiqləyir.

2016-ci ilin qalibiyyətli Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin əksəriyyətinin doğulub-böyüdükləri kasıb, şəraitsiz evlərin (əslində, daxmaların) sosial şəbəkələrdə yayılan görüntüləri hələ də gözümüzün önündədir…

Azərbaycan Ordusunda xidmət keçmiş vətəndaşlarımız nazir və ya nisbətən aşağı ranqlı məmur övladlarının onlarla birlikdə hərbi qulluqda olduqlarını xatırlayırlarmı? Əminliklə deyə bilərik ki, yox. Çünki belə bir nümunənin olduğunu nə görən var, nə də eşidən. Bunun əksini təsdiqləyən fakt təqdim edənlərə indidən təşəkkür edirik.

Belə bir vəziyyətdə Heydər Əliyevin – prezident övladının hərbi xidmətə yollanması çox ciddi nümunədir. Əlbəttə, kiçik Əliyevin hərbi xidmətdən yayınmaq imkanı istənilən həmyaşıdından müqayisəolunmaz dərəcədə çox idi. O da min bir bəhanə göstərib, hərbi forma geyinməkdən asanlıqla canını qurtara bilərdi. Ancaq o, bunun əksini etdi və cəmiyyətin təqdirini qazandı.

Prezident oğlunun hərbi xidmətə başlaması həm də adları min bir qalmaqalda hallanan, harınlıq simvoluna çevrilən, atalarının məqamlarını özlərinin cəzasızlıq şərti kimi görən məmur övladlarının davranışlarını yada saldı.

O siyahıda kimlər yoxdur? Baş nazirin birinci müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev; keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov və qardaşı oğlu Aynar Məmmədov; keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov; Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov; “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov, millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundov… Siyahını xeyli uzatmaq da olar…

Adları qeyd edilən “papanın gül balaları” nəinki hərbi xidmətdə olmayıblar, heç özlərini normal insan kimi apara da bilməyiblər. Nəticədə özlərini də, güvənib-arxalandıqları məmur atalarını da “yandırıblar”.

Onların fonunda Heydər Əliyevin hərbi xidmətə başlaması müsbət nümunə kimi qarşılanır və özgələrinin üzləşdiyi aqibətdən ibrət götürməyənlərin başları üstündə “Domokl qılıncı” kimi asılır…

Bəli, YAXŞI NÜMUNƏ hər zaman qeyd olunmalıdır ki, cəmiyyət fərqi görsün. Çünki nazir balalarından daha çox imkanlara sahib olsa da, Heydər İlham oğlu öncə universitet təhsili, indi isə dövlətinə sədaqət andı içməsi ilə gündəmə gəldi. Bu illər ərzində haqqında nəinki bir söz-söhbət yazılmadı, heç qulaqdan-qulağa da fısıldanmadı.

Prezident İlham Əliyevin görmək istədiyi, o cümlədən xalqın da istədiyi NÜMUNƏ budur. Dövlət başçısı məhz Ailəsində belə bir övlad yetişdirərək, o NÜMUNƏni göstərdi. Görəsən, yüksək məmur təbəqəsi bundan örnək alacaq? İnanmaq istəsək də, içimizdəki bir səs “çətin” deyir.

COP29

www.yenicag.az

11761
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv