!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Öz zibillərini ört-basdır etmək üçün..." - "Azercell" müştərini necə aldadır? - FOTO

!Reklam – Yazi

“Azercell”in haqqında ən çox şikayət edilən mobil operator olduğunu desək, yəqin ki, yanılmarıq.

Yenicag.az xəbər verir ki, sözügedən operatorla bağlı sosial şəbəkələrdə gün ərzində saysız-hesabsız şikayətlər yazılır.

Növbəti şikayətlərdən biri də “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Nəsimi Paşayevdən gəlib.

O, narazılığını “facebook” hesabında belə qeyd edib:

“Azercell”in üzəduranlarından, öz zibillərini ört-basdır etmək üçün ən alçaq metodları seçənlərdən başqa hamının sabahı xeyir.
Deməli, dünənki problemlə bağlı bütün günü “Azercell”in SMM-şiki tək cavab verirdi ki, filan yerə yazmasan, filan nömrəyə zəng eləməsən, sənin problemini araşdırıb cavab verə bilməyəcəyik. Nəhayət axşam saatlarında nə fikirləşdilərsə, “araşdırıb” cavab verdilər. Məlum ediblər ki, mənə balansım haqqında dalbadal 4 mesajın gəlməsinin səbəbi sistemlərinə dalbadal 4 belə sorğunun daxil olmasıdır. Hansı ki, hər mesaja görə də normal olaraq pul siliblər. Əslində haqlı ola bilərlər. Yəni sistemə 4 sorğu daxil olmuş ola bilər. Amma mənim telefonumdan sadəcə 1 mesaj gedib. Deməli, həmin vaxtlarda “Azercell”in sistemində texniki xəta baş verib. Hazırda istifadə etdiyim nömrə 10 ildən çoxdur fakturalı xəttə aiddir. Balansı öyrənmək üçün 650 qısa nömrəsinə mesaj göndərəndə “Azercell”dən mesaj gəlirdi. Fakturalı xətt işlədən hamı bilir ki, bu, belə olmalıdır. Dünən isə fərqli olaraq mesajın bir hissəsi “Azercell”dən, digər bir hissəsi isə 650-dən gəldi. Bu belə sübut edir ki, “Azercell”in sistemi dünən normal işləməyib. Amma olsun. Mən 10 qəpiyimi öz zibillərini ört-basdır etmək üçün müştəriyə yalan söyləyən, üzəduran əməkdaşları olan “Azercell”in prezidenti Vahid Mürsəliyevə halal edirəm. Təbii ki, iş mənim etməyimlə bitmir.

Yəqin ki, bu haqda bir daha yazıb vaxtımı itirməyəcəm”.

COP29

www.yenicag.az

11055
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv