Özbəkistan-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə edildi

media-hightechnic-468x90

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana səfər edib.

Yenicag.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, forum çərçivəsində “Azərbaycan-Özbəkistan: İqtisadi tərəfdaşlığın vektoru” mövzusunda panel sessiya keçirilib.

Sessiyada hər iki ölkənin hökumət və biznes nümayəndələri ilə ikitərəfli ticarətin genişləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Sessiyada iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və tədbirlərin əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb.

“Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Özbəkistanla ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 3 dəfədən çox artıb. İqtisadi münasibətlərin möhkəmləndirilməsində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti kimi mexanizmlər mühüm rol oynayır. Bununla yanaşı, digər birgə fəaliyyət platformalarının formalaşdırılması iqtisadi tərəfdaşlığı stimullaşdıra bilər”, – deyə nazirin birinci müavini bildirib.

Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin direktoru Nazim Hacıyev, Daşkənd qubernatorunun müavini Şərof Rəhmanov iki ölkə arasında iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak çərçivəsində Qətərin xarici ticarət naziri Ahmed bin Mohammed Al-Sayed ilə görüşüb.

Görüşdə Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafı vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensial var. Bu baxımdan, birgə təşəbbüslərin həyata keçirilməsi önəm kəsb edir. Azərbaycanın əlverişli işgüzar mühiti, müxtəlif investisiya layihələri, nəqliyyat imkanları haqqında məlumat verilib, əməkdaşlığın perspektivləri qeyd olunub.

Tərəflər birgə investisiyalar, infrastrukturun inkişafı, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlıq mexanizmlərinin qurulması və digər istiqamətlər üzrə işbirliyi barədə müzakirələr aparıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600