““Özü özünü də yeməyə” qadirdir” -Fotolar

media-hightechnic-468x90

publika.az14095732091409412847128_wps_23_image001_pngABŞ-ın Arizona ştatından olan 14 yaşlı Hanna Vilkinsonun çəklisi 156 kiloqramdır.

Lakin yeniyetmə acından ölür. Əslində, qız Prader-Villi Sindromundan əziyyət çəkir. Bu beyin pozğunluğu xəstəliyinə düçar olan insanlarda doyma hissi olmadığından dayanmadan qida qəbul edir.

Nəticədə, qız daima nəzarət tələb edir. Əks halda, anasının qeyd etdiyi kimi, Hanna, az qala, “özü özünü də yeməyə” qadirdir.
Prader-Villi Sindromu 14 yaşlı yeniyetmənin hipotalamus vəzinə təsir etməklə onun yuxu və iştahasını idarə edir. Onda maddələr mübadiləsi adi qızlara nisbətən zəif getdiyindən, aclığını tələf etmək üçün dayanmadan yeməyə məcburdur. Bütün bunları nəzərə alan Hannanın anası soyuducunu qıfılda saxlayır. Hətta it yemlərini belə, Hannanın əldə edə bilməyəcəyi yerdə gizləyir. Anası Tanya qızının it yeməyi ilə qidalandığını görüb. Ana övladını özüylə mağazaya apararkən rəflərdən ərzaqların oğurlamaması üçün ona nəzarət edir.

Qız isə bütün ömür boyu anasına bu cür müraciət edir: “Ana, mən acam”.
Prader-Villi xəstəliyindən 15 min insan əziyyət çəkir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600