Pakistan-Əfqanıstan sərhədində atışma

media-hightechnic-468x90

Pakistan və Əfqanıstan sərhədində növbəti dəfə atışma baş verib. Gərginliyin səbəbi 2023-cü il fevralın 19-da bir neçə talibin keçid məntəqəsində sərhədi keçməsi, lakin Pakistan sərhədçiləri tərəfindən saxlanılması olub. Saxlanmanın səbəbi, eləcə də saxlanılanların harada olması məlum deyil.

Yenicag.az xəbər verir ki, “Taliban” hərəkatı İslamabadın ölkəyə tibbi yardım üçün gələn əfqanları qəbul etməkdən imtina etməsi ilə əlaqədar Nanqarhar əyalətində sərhəd keçidini bağlayıb.

Həmin gün atışmalar başlayıb və Pakistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində bir talib öldürülüb. Fevralın 20-də atışmalar davam edib, lakin itkilər barədə hələlik məlumat yoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600