Pakistan sular altında qaldı – FOTOLAR

Son həftə ərzində dünyanı bürüyən sel fəlakətlərinə biri də əlavə olunub.

Yenicag.az xəbər verir ki, şiddətli leysan yğışlarının hökm sürdüyü Pakistanı sel basıb.

Pakistan Metereologiya Departamentinin məlumatına görə, ölkədə mövsüm yağışları ən yüksəs səviyyəyə çatıb.

Yağışla bağlı sel fəlakətləri nəticəsində küçə və prospektlər su altında qalıb, maşınlar seldə sürüklənib.

Bəzi əyalətlərdə ordunun köməyinə ehtiyac olduğu bildirilir.