Pakistanda zəlzələ oldu: Ölən və yaralananlar var

media-hightechnic-468x90

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Dawn” nəşri yerli administrasiyaya istinadən məlumat yayıb.

Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.

Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

“12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb”, – məlumatda qeyd edilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05