!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Palmali"dən iddialara cavab: "Bunu gəminin saxlanılması xəbəri kimi ifadə etmək çox gülüncdür"

!Reklam – Yazi

Palmali Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus “Ağsu” yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Buna isə səbəb kimi “Pal shipping trader three” şirkətinin mülkiyyətində olan gəmidə texniki çatışmazlıqların olması göstərilir. İddialara görə, “Ağsu” tankerinin səfərə çıxmasına qadağa qoyululmaqla yanaşı, gəmiyə həbs qoyulması barədə sənəd tərtib edilib.

Lakin “Palmali”nin Bakı ofisindən Yenicag.az-a verilən açıqlamada yayılan xəbərikn həqiqəti əks etdirmədiyi ifadə olunub:

“Bəziləri sanki pusquda dayanmış kimi ən adi prosedur qaydalarnı problem kimi qabardıb, şirkətin adına xələl gətirmək niyyətini güdürlər. İstinad etdikləri mənbə isə eyni media orqanlarıdır. “Ağsu” adlı gəmi Rusiya bayrağı altında üzür. Avropa Birliyi ölkələrində sanksiyalara görə, bu ölkənin bayrağı altında üzən gəmilər daha ciddi yoxlanışdan keçir. O cümlədən şirkətimizə məxsus gəmi də standartlara uyğun olaraq adi yoxlanış nəzarətindən keçir. Bunu gəminin saxlanılması xəbəri kimi ifadə etmək çox gülüncdür”.

Emin Səfərov

COP29

www.yenicag.az

2037
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv