!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Palmali”nin direktoruna cinayət işi qaldırıldı

!Reklam – Yazi

126356_res_01Rusiyada azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırılıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rostov vilayətinin hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işinə əsasən “Palmali” gəmiçilik şirkətinin direktoru Aleksey Mixelyev 1 milyard 282 milon rubl məbləğind vergini gizlətməkdə ittiham olunur.

İttiham aktına əsasən şübhəli Mixelyev Rostovun Leninsk rayounun vergi müfəttişliyinə şirkətin 2010-2011-ci illərdəki fəaliyyətinə dair vergi bəyannaməsi təqdim edib. Bu bəyannamədə yalan məlumatlar əksini tapıb, şirkətin su nəqliyyatı ilə daşıdığı yüklərdən əldə edilən gəlirlərin məbləği azaldılıb. Nəticədə şirkət iki il ərzində 1 milyard 282 milyon rubl vergini az ödəyib. Bu, indiki kursla təxminən 150 milyon dollar deməkdir. Toplanan faktlar əsasında İsintaq İdarəsinin yerli şöbəsi tərəfindən Mixelyevin barəsində xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi qaldırılıb.

“Palmali” ASC 2000-ci ildə təsis edilib və Mübariz Mənsimova məxsus”Palmali Holding”in tərkibinə daxildir. “Palmali” Rusiyada ən sürətlə inkişaf edən gəmiçilik şirkətlərindən birinə çevrilib və ölkənin cənubunda neft daşımaları üzrə ən iri operatordur. Şirkətin mülkiyyətində və idarəçiliyində 50-dən çox tanker var. Onlar Rusiya və xarici ölkələrin bayraqları altında üzür. 42yaşlı Aleksey Mixelyev 2008-ci ildən şirkətə başçılıq edir.

Qeyd edək ki, bu, azərbaycanlı oliqarxın Rusiya prezidenti Vladimir Putinin qəzəbinə tuş gəldiyini göstərən daha bir əlamətdir. Bundan əvvəl Türkiyə mətbuatı yazmışdı ki, Putinin Mənsimova qarşı münasibəti dəyişib. Nəticədə onun biznesində çətinliklər yaranıb. Oliqarx Türkiyədəki bəzi aktivlərini satışa çıxarmalı olub və bildirilir ki, hazırda onun böyük borcları var.

Ehtimal edilir ki, Rusiya rəhbərliyinin Mənsimova münasibətinin dəyişməsinin arxasında azərbaycanlı oliqarxın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq biznesi, habelə onun İŞİD-in nəzarət etdiyi ərazilərdən hasil edilən nefti bazarlara çıxarmasına dair məlumatlar ola bilər. Rusiya ilə Türkiyə arasında münasibətlər pisləşdikdən sonra Putin özü dəfələrlə Mənsimovun da şirkətinə eyhamla İŞİD neftinin Türkiyəyə daşınıb Ceyhan limanından tankerlərə doldurulduğuna dair bəyanatlarla çıxış edib.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv