Parlamentdə əlbəyaxa dava
Ukrayna Ali Radasının bu gün keçirilən iclasında Kommunist Partiyasının parlamentdəki fraksiyasının lideri Pyotr Simonenkonun çıxışı zamanı qarşıdurma yaranıb.
Kommunistin sözü “Azadlıq” partiyasından olan deputat Yuri Mixalçişin xoşuna gəlməyib. O, Simonenkoya tərəf qaçaraq onu tribunadan itələyib. Bundan sonra deputatlar dalaşıblar.
Xatırladaq ki, Ukrayna parlamentində bu cür insidentlər tez-tez baş verir(modern.az).