Partiya sədri həbs olundu – Azərbaycanda

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya 30 sutka inzibati həbs cəzası verilib.

Yenicag.az xəbər verir ki, N.Pənahlı barəsində həbs qərarını Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Məhkəmənin qərarına əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib./Report /