!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını təklif etdi

!Reklam – Yazi

Ermənistanın baş naziri Nikol Paşinyan regionda sabitliyin bərqərar olunması və Azərbaycanla sülhün əldə olunması ilə bağlı təkliflərini açıqlayıb. 

Yenicag.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

Ermənistanın baş naziri Berkaber-Voskepar bölməsində həyata keçirilən analoji prosesi, həmçinin iki ölkənin delimitasiya və demarkasiya komissiyalarının birgə fəaliyyətinin reqlamentini əsas götürərək, qarşılıqlı eskalator ritorikadan əl çəkməyi və sərhədin demarkasiyasına davam etməyi təklif edib. Paşinyanın sözlərinə görə, 90% hazır olan sülh müqaviləsi bağlamaq, “Sülh yollarının kəsişməsi” layihəsini həyata keçirmək, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək lazımdır.

Paşinyan saxlanılan şəxslərin probleminin həllini və harada olduğu bilinməyən insanların taleyinə aydınlıq gətirməyi vacib adlandırıb.

Ermənistan lideri silahlara qarşılıqlı nəzarət mexanizminin formalaşdırılmasını və qaçqınlarla bağlı məsələlərin hərtərəfli müzakirəsini, həmçinin ATƏT-in Minsk qrupunun buraxılmasını təklif edib.

O, həmçinin Ermənistan və Azərbaycanın beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan imtina etməyə çağırıb.

Paşinyan qeyd edib ki, onun üçün Qərbi Azərbaycan Qarabağ, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilandır. O, Naxçıvanı da bu siyahıya salmağı və başqa yerdə axtarmamağı təklif edib: “Qərbi Ermənistan isə Armavir, Talin, Maralik, İcevan, Berd, Çəmbərək, Vardenis, Cermuk, Gorus, Qafan, Nrnadzordur. Şərqi Ermənistan yoxdur və ola da bilməz”./unikal

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv