Paşinyan: "Bundan sonra Koçaryana rüşvətxor deyəcəyəm"

media-hightechnic-468x90

“Biz Robert Koçaryanın rüşvətxor olduğunu rəsmən bildirməmişik və bu, məhkəmə qərarı ilə təsdiqin tapıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” hesabında paylaşdığı videoda qeyd edib.

N.Paşinyan bildirib ki, R.Koçaryan iddia müddətinin başa çatması ilə əlaqədar məhkəmədən onun rüşvətxorluğu ilə bağlı işin bağlanmasını xahiş edib.

“Bu isə o zaman baş verir ki, insan faktiki olaraq korrupsioner olduğunu etiraf edir”, – deyə N.Paşinyan qeyd edib.

Ermənistanın baş naziri vurğulayıb ki, məhkəmə sistemi ölkənin ikinci prezidenti postunu tutmuş şəxsin rüşvətxor olduğunu rəsmən qeydə alıb.

“Qoy məhkəməyə versinlər! Bundan sonra nə vaxt çıxışımda Robert Koçaryanın adı çəkiləcəksə, mən “rüşvətxor Robert Koçaryan” sözlərindən istifadə edəcəyəm”, – deyə N.Paşinyan fikrinin tamamlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600