“Paşinyan hakimiyyətdə qalsa, İrəvanı da təslim edər” - Ermənistanın keçmiş baş naziri

media-hightechnic-468x90

“Bizi ona yönəldirlər ki, Ermənistan Türkiyənin vilayətinə çevrilsin”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu gün İrəvanın “Azadlıq” meydanında təşkil olunan mitinqndə çıxış edən Ermənistanın sabiq baş naziri Qrant Baqratyan mövcud hökumət başçısı Nikol Paşinyanı hədəfə götürüb.

Keçmiş baş nazir çıxışında Paşinyanla yanaşı Ermənistan prezidenti Armen Sarkisyanı da tənqid edib:

“Biz əmin deyilik ki, əgər Nikol Paşinyan hakimiyyətdə qalsa, sabah İrəvanı da təslim etməyəcək. Bizi ona yönəldirlər ki, Ermənistan Türkiyənin vilayətinə çevrilsin

Ölkə prezidenti imzalanmış anlaşmadan xəbərsiz olduğunu deyirsə, biz ona niyə dözməliyik? Konstitusiyaya görə, prezident qarabağlıların həyatı üçün məsuliyyət daşıyır.

Bu il oktyabrın 8-də Hadrut uğrunda döyüş gedəndə, Şuşanın verilməsi planı hazırlanmışdı. Orada döyüşmək istəyənlərə imkan vermədilər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05