Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Paşinyan hökuməti əleyhinə Ermənistanda məsləhətləşmələr aparılır

Ermənistanın sabiq baş naziri Karen Karapetyan ölkədəki siyasi qüvvələrlə Paşinyan hökuməti əleyhinə məsləhətləşmələr aparır.

Yenicag.az xəbər verir ki, bu məlumatı Ermənistanda nəşr olunan “Jamanak” qəzeti yayıb. Qeyd olunub ki, sabiq baş nazir siyasətçilərlə Yerevandakı mehmanxanalardan birində görüşlər keçirir. Qəzet yazır: “Görüşlərdə Karapetyan öz həmsöhbətləri ilə Ermənistanda iqtisadi və siyasi sistemin deqradasiyası məsələlərini müzakirə edir, həmçinin yaranmış vəziyyətdən birgə çıxış yollarını təklif edir”.

Karen Karapetyan 2016-cı ilin sentyabrından 2018-ci ilin aprelinədək Ermənistan hökumətinə başçılıq edib. Həmin ilin sonunda Serj Sarkisyanın rəhbəri olduğu Respublika partiyasının sıralarını da tərk edib./AZƏRTAC/

www.yenicag.az

425
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM