Paşinyan Karapetyana qarşı kampaniyaya BAŞLADI – Hədəfdə Koçaryan VAR

media-hightechnic-468x90

Ermənistandakı “Taşir” qrupunun rəhbəri, milyarder Samvel Karapetyanın həbsi siyasi məqsədlərlə həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Baş nazir Nikol Paşinyan bu addımla həm Erməni Apostol Kilsəsinə qarşı təzyiqləri artırmağı, həm də Ümumerməni Katolikosu II Qareginin istefasına nail olmağı hədəfləyir.

Hakimiyyətdəki mənbələrin iddiasına görə, artıq hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlarına və ictimai əlaqələr üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Onlara Karapetyana qarşı kampaniyaya başlamaq, onu “keçmişlərə yaxın fiqur” və xüsusilə də sabiq prezident Robert Koçaryana dəstək verən şəxs kimi təqdim etmək tövsiyə olunub.

Son dövrlər Ermənistan Apostol Kilsəsinin maraqlarını müdafiə edən Karapetyan bəzi dairələr tərəfindən müxalif əhval-ruhiyyənin ideoloji və ictimai dayağı kimi qiymətləndirilir.

Eyni zamanda, hakimiyyət daxilində bu prosesin daha geniş birliyin – kilsə, diaspora və daxili erməni qüvvələri arasında yaranan mümkün konsolidasiyanı dağıtmaq üçün vasitəyə çevrilməsi müzakirə olunur.

Qeyd edək ki, mənbə bu məsələ ilə bağlı proseslərin yeni mərhələyə qədəm qoyacağını da istisna etmir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600