Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan Baş naziri Nikol Paşinyan i telefonla danışıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, tərəflər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bundan başqa, Şərq Tərəfdaşlığı əməkdaşlığı və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişlərin icrasının müzakirəsi zamanı Mişel investisiya proqramı üzrə öhdəlikləri tam yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və layihələrin praktiki icrasına tez başlanmasının vacibliyini qeyd edib.
www.yenicag.az