Paşinyan Pezeşkianı ram etməyə ÇALIŞIR – Tehran təşvişə DÜŞDÜ

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə öz administrasiyasının rəhbəri Arayik Harutyunyana tapşırıb ki, İran Prezidenti Məsud Pezeşkianla görüş üçün tezislər hazırlasın.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, məqsəd Ermənistan ilə ABŞ arasında yeni razılaşmalarla bağlı İranın narahatlıqlarını azaltmaq üçün arqumentlər təqdim etməkdir.

Məlumata əsasən, Paşinyan Pezeşkiana sübut kimi ABŞ-nin regionda hərbi aktivliyə sahib olmayacağını göstərməyi təklif edib. Onun fikrincə, bu yanaşma görüşün gündəliyini dəyişə və İranın Vaşinqton razılaşmalarına münasibətini yumşalda bilər.

Bundan əlavə, dünən Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və İordaniya kralı ilə telefon danışıqları aparıb. Bildirilir ki, o, həm Vaşinqton sənədləri barədə hesabat verib, həm də danışıqlar zamanı qarşı tərəflərin maraqlarına zərər vurulmayacağı barədə onları sakitləşdirməyə çalışıb. Bunun nə dərəcədə uğurlu olduğu isə bəlli deyil.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa