Paşinyan Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulmasının vaxtını açıqladı
TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq.
Yenicag.az bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.
“Əminəm ki, biz 2026-cı ildə işlərə başlayacağıq. Məncə, ən tez istifadəyə verilən elektrik verilişi xətləri olacaq”, – Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, Gümrüdən Türkiyəyə qədər və Yerasx-Naxçıvan (Azərbaycan) dəmir yolu sahələrinin yenidən qurulması bir il – il yarım vaxt aparacaq./report/












