“Patı” satarkən tutulan prokuror oğludur? - Baş Prokurorluqdan açıqlama

media-hightechnic-468x90

Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunun narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yolverilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa