2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 833,6 manat təşkil edib.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 952,4 manata çatdırıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 24,4 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 14,9 faiz çoxdur.
www.yenicag.az