Paytaxtda quldur dəstə saxlanıldı – Fotolar

media-hightechnic-468x90

Yasamal rayonunda quldurluq hadisəsi baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, Eyvazov Nahid Qədir oğlu tanışı Sadıqov Elman Bağman oğlu ilə əlbir olub Yasamal rayonu Zərdabi prospekti ev 41 mənzil 91 ünvanında yaşayan Hümbətzadə Elmir Rasim oğlunun evinə gəliblər.

Eyvazov Nahid Qədir oğlu silah qismində istifadə edilən qaz tapançası və bıçaqla ev yiyəsinə zor tətbiq edərək müxtəlif bədən xəsarətləri yetiriblər. Daha sonra evdən 450 manat nağd pul, 5 ədəd “notebook”, xeyli sayda mobil telefon, modem, fen və digər elektron avadanlıqları quldurluq yolu ilə əldə ediblər.

Qeyd edək ki, saxlanılan şəxslər zərərçəkmişin kphnə tanışı olublar. Polis saxlanılan şəxslərdən istifadə edilən tapança və bıçağı aşkar edərək götürüb.

Eyvazov Nahid Qədir oğlu qəsdən adam öldürməyə təşəbbüsə görə 14, Sadıqov Elman isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Quldurluq maddəsi ilə cinayəti işi başlanıb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600