"Paytaxtın adı Nursultan adlandırılsın" - Yeni prezidentdən TƏKLİF

media-hightechnic-468x90

Qazaxıstan Senatının keçmiş sədri Kasım-Jomart Tokayev bu gün ölkə prezidenti vəzifələrinin icrasına başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, ölkə parlamenti palatalarının birgə iclası zamanı Tokayev Qazaxıstan xalqı qarşısında and içib.

Vəzifəsinin icrasına başlayan Tokayev “Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır” təklif irəli sürüb.

O, həmçinin Nazarbayevə “fəxri senator” statusunun verilməsini zəruri hesab edir:

“Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq”.

“Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri – red.) dövlətimizin ən yüksək adlarına – “Xalık Kaharmanı” (Xalq Qəhrəmanı) və “Embek Eri” (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar”, – Tokayev deyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05