Pediatrik ortopediyada inqilabi addım: Motorlu cihazla sümük uzadılması tətbiq olunub

media-hightechnic-468x90

İngiltərədə tıp dünyasında inqilab kimi qiymətləndirilən tarixi hadisə baş verib. 9 yaşlı Alfi Fillips ölkəsində “teleskopik mismar” metodu ilə ayağı uzadılan ilk uşaq kimi tarixə düşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, balaca Alfi anadangəlmə “fibula hemimeliyası” (baldır sümüyünün inkişafdan qalması) xəstəliyindən əziyyət çəkirdi. Bu qüsur onun sağ ayağının digərindən 4 santimetr qısa olmasına və ciddi tarazlıq problemlərinə yol açırdı.

Həkimlərin rəyinə görə, bu qısalıq Alfinin təkcə yeriməsinə mane olmur, həm də onun omba və onurğa sütununa izafi yük salırdı. 2024-cü ilin əvvəlində aparılan müayinələrdə iki ayaq arasında 4 santimetrlik fərq aşkar edilib. Mütəxəssislər xəbərdarlıq ediblər ki, uşaq böyüdükcə bu fərq 6 santimetrə çata bilər.

Ailənin qərarı ilə 2025-ci ilin martında Liverpuldakı “Alder Hey” Uşaq Xəstəxanasında inqilabi əməliyyat həyata keçirilib.

 Yeni üsulda ayaq sümüyünün içinə motorlu, teleskopik bir mismar yerləşdirilir. Bu texnologiya sayəsində sümük hər gün təxminən 1 millimetr uzadılır. Sümükdə yaranan boşluq isə orqanizmin təbii olaraq istehsal etdiyi yeni sümük toxuması ilə dolur. Bu metodun ən böyük üstünlüyü odur ki, xəstənin ayağına kənardan görünən iri metal çərçivələr (aparatlar) taxılmır.

Əməliyyatdan bir həftə sonra Alfi və ailəsi bir ay ərzində gündə üç dəfə xüsusi maqnit cihazından istifadə edərək daxildəki mismarı aktivləşdiriblər. Həftəlik rentgen müayinələri ilə izlənilən proses nəticəsində ayaqda 3 santimetrlik uzanma qeydə alınıb.

Həkimlər bildirib ki, bu metod daha az ağrılıdır və infeksiya riski minimumdur. Alfi əməliyyatdan cəmi bir həftə sonra ağrıkəsici qəbulunu dayandırıb və qısa müddətdə ayağa qalxıb. Anasının sözlərinə görə, oğlu artıq bir neçə həftədən sonra normal həyatına qayıda bilib.

Alfi İngiltərədə bu üsulla müalicə alan ilk uşaq olduqdan sonra, sözügedən əməliyyat artıq ölkənin digər üç şəhərində də tətbiq olunmağa başlayıb. Tibb dünyası bu operasiyanı uşaq ortopediyasında mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirir.

Yenicag.az

media-ingilterede-bir-ilk-9-yasindaki-cocuk-tip-tarihine-gecti-iki-bacagi-arasindaki-boy-fa-1772118_202602201138_20260220113820_3

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05