Çinin internet nəhəngi “Baidu” Pekində pilotsuz taksilərdə pulsuz test gəzintilərinə start verib.
Şirkətdən verilən məlumata görə, hər gün şəhərin bəzi yerlərində müəyyən edilmiş dayanacaqlarda saat 10:00-dan 16:00-dək mövcud olacaq pilot xidmət noyabrın 6-dək davam edəcək.
Xidmətdən avtomobildə olan və səyahətin təhlükəsizliyini izləyən əməkdaşın müşayiəti ilə 18-60 yaş arası sərnişinlər istifadə edilə bilər. “Baidu” şirkətinin bölməsi olan və pilotsuz uçuşlara görə cavabdehlik daşıyan “Baidu Apollo” sürücüsüz idarəetmə sınaqları üzrə 150-dən çox lisenziya, eləcə də intellektual sürücülük üzrə 1 800 qlobal patent sahibidir. Yol sınaqları zamanı onun avtomobilləri 6 milyon km-dən çox məsafə qət edib və 100 mindən çox insanı təhlükəsiz şəkildə nəql ediblər./Report/
www.yenicag.az